Röyadan Tünzaləyə: Qoy soyunsun – VİDEObackend

Röyadan Tünzaləyə: Qoy soyunsun - VİDEO

Röya Ayxan tez-tez açıq-saçıq geyimlərinə görə tənqid hədəfinə çevrilən həmkarı Xalq artisti Tünzalə Ağayevadan söz açıb.

KONKRET.az Bizim.media-ya istinadla xəbər verir ki, o, Tünzalənin əyninə geyindiyi açıq-saçıq geyimlərin onun bədən ölçüləri üçün olmadığını bildirib:

“Eybi yoxdur, qoy, Tünzaləni tənqid etsinlər, o da yaşadıqlarımızı yaşasın (gülür). Bəlkə də tamaşaçılar Tünzalədən açıq-saçıq geyinməsini gözləmirdilər deyə, onu tənqid etməyə başladılar.

Ola bilər ki, bədən proporsiyalarına uyğun geyinmir. Arada mən də ona baxıb, elə düşünmüşəm ki, bu geyim Tünzalənin bədən ölçüləri üçün deyil. O da sənəti ilə məşğul olan xanımdır. Tünzalə qadındır. Bəlkə də bununla ona ruh gəlir, xoşuna gəlir… Açıq-saçıq geyinsin də… Geyinmirsə də, qoy soyunsun. Ürəyi necə istəyir, etsin. Elə hər zaman biz soyunmayacağıq ki, qoy, bir dəfə də Tünzalə soyunsun”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*