ABŞ dövlət katibi Marko Rubio bəzi KİV-lərdə yayılan məlumatlara münasibət bildirib.
KONKRET.az xəbər verir ki, Rubio jurnalistlərlə söhbəti zamanı ABŞ-ın Ukrayna Prezidenti Volodimir Zelenskinin 24–25 iyun tarixlərində Haaqada keçiriləcək NATO sammitinə dəvət olunmasına etiraz etməsi barədə xəbərləri təkzib edib.
“Bu məlumatın haradan yayıldığını bilmirəm,” – deyə Rubio qısa şəkildə cavab verib.
Qeyd edək ki, bəzi beynəlxalq mediada ABŞ-ın Zelenskinin sammitdə iştirakına qarşı çıxdığı iddia olunmuşdu.
Natiq Səlim,
KONKRET.az