Rumıniya əvəzində nəsə almasa, Ukraynaya heç nə verməyəcək? – Prezidentdən AÇIQLAMAbackend

Rumıniya əvəzində nəsə almasa, Ukraynaya heç nə verməyəcək? - Prezidentdən AÇIQLAMA

“Rumıniya yalnız müttəfiqlərindən başqa nəyisə alacağı təqdirdə Ukraynanı Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemi ilə təmin edə biləcək”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu açıqlamanı Rumıniya prezidenti Klaus Yohannis bildirib.

O, bildirib ki, hava hücumundan müdafiə sistemlərinin Ukraynaya ötürülməsi imkanlarını “ictimai məkanda” müzakirə etmək istəmir. Rumıniya lideri bu məsələnin hərbi ekspertlər və Milli Müdafiə Ali Şurası ilə həllinə üstünlük verdiyini gizlətməyib.

Prezident izah edib ki, “Patriot”un ötürülməsi bir sıra logistik və hüquqi problemlərlə bağlı mürəkkəb prosesdir və Ukraynanın hava hücumundan müdafiə ilə təmin olunmasının öz ölkəsinin hava və raketdən müdafiə sisteminin zəifləməsinə gətirib çıxarmasını istəmir.

“Rumıniya, nəhayət, nəyisə güzəştə gedərsə, başqa bir şey almalıdır. Əks halda heç bir şey edilməyəcək”, – Rumıniya prezidenti əlavə edib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*