Rumıniya Prezidenti Moldovayla birləşməni dəstəkləyirbackend

Rumıniya Prezidenti Moldovayla birləşməni dəstəkləyir

Rumıniya Prezidenti Nikuşor Dan Moldova ilə birləşmə arzusunda olduğunu bildirib, lakin bu məsələdə qonşu ölkə vətəndaşlarının iradəsinə hörmət etdiyini vurğulayıb.

KONKRET.az xəbər verir ki, Frankfurter Allgemeine Zeitung nəşrinə müsahibəsində Dan bu fikirləri səsləndirib:
“Şəxsən mən Moldova ilə birləşməni arzulayıram, lakin qonşu respublika vətəndaşlarının iradəsinə tam hörmət edirəm”.

Rumıniya lideri əlavə edib ki, hazırda Moldova vətəndaşlarının təxminən 35%-i iki ölkənin birləşməsi ideyasını dəstəkləyir.

Xatırladaq ki, 2023-cü ildə Moldova Prezidenti Maya Sandu bəyan etmişdi ki, birləşmə ideyası ölkə vətəndaşları arasında geniş dəstəyə malik deyil və buna görə də hökumət əsas diqqəti Avropa İttifaqına inteqrasiya prosesinə yönəldir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*