Rumıniya şahzadəsi Radu “erməni soyqırımı” qurbanları abidəsini ziyarət etdibackend

Rumıniya şahzadəsi Radu "erməni soyqırımı" qurbanları abidəsini ziyarət etdi

Ermənistanda səfərdə olan Rumıniya Şahzadəsi Radu bu gün Tsitsernakaberddə qondarma soyqırımı qurbanlarına ehtiramını bildirib. Şahzadə Radunu tədbirdə Ermənistanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Sergey Minasyan və Rumıniyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kornel İonesku müşayiət edib.

Sonda Şahzadə Radu 1915-ci il soyqırım qurbanlarının xatirəsini ehtiramla yad edərək Əbədi məşəlin önünə gül dəstəsi qoyub.

KONKRET.az xəbər verir ki, Soyqırım Muzey-İnstitutunun direktorunun müavini Lusine Abrahamyanın müşayiəti ilə Şahzadə Radu muzeyə gələrək eksponatları ilə tanış olub. Sonda Muzeyin Xatirə Kitabına fikirlərini qeyd edərək, məsuliyyət və xatirələrin qorunmasının həm indi, həm də gələcəkdə faciə və əzabları istisna etməyin yeganə yolu olduğunu vurğulayıb.

Qeyd edək ki, “Erməni Soyqırımı” Avropa Şurası, Avropa Parlamenti, BMT-nin bir neçə komissiyası, Ümumdünya Kilsələr Birliyi, Cənubi Amerikadakı ən böyük təşkilatlardan biri olan MERCOSUR və s. kimi təşkilatlar tərəfindən tanınıb. Bir çox dövlətlər qondarma erməni soyqırımını tanıyıblar. Birinci 1965-ci ildə Uruqvay rəsmi olaraq tanıyıb. Daha sonra siyahıya bu ölkələr düşüb: Fransa, İtaliya, Belçika, Hollandiya, İsveçrə, İsveç, Rusiya, Polşa, Litva, Yunanıstan, Slovakiya, Kipr, Livan, Uruqvay, Paraqvay, Argentina, Venesuela, Çili, Boliviya, Kanada, Vatikan, Avstriya, Lüksemburq, Almaniya, Braziliya, Danimarka, Çexiya, ABŞ-ın 50 ştatından 49-u. Bu il 26 apreldə Portuqaliya Parlamenti “Erməni Soyqırımı”nı tanıyan qətnamə qəbul etdi. Hər il Rumıniya Parlamentində həm Sumqayıt hadisələri ilə əlaqədar, həm də qondarma soyqırımla əlaqədar çağırışlar və bəyanatlar verilir, lakin Rumıniya hələ “Soyqırımı” rəsmi olaraq tanımayıb. Rumıniyanın erməni icması bütün mövcud imkanlardan istifadə edərək bu məsələdə çox fəaldır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*