Rus arxivlərindəki şok sənədlər ÜZƏ ÇIXDI: “Erməni dəstələri kürd və türk əhalisini sistemli şəkildə qırıb”backend

Rus arxivlərindəki şok sənədlər ÜZƏ ÇIXDI: “Erməni dəstələri kürd və türk əhalisini sistemli şəkildə qırıb”

Zaman-zaman müxtəlif dövlətlərin tərkibində kiçik qruplar şəklində yaşayan ermənilərin həmin ölkələrə xəyanət etdiklərinə dair kifayət qədər məlumatlar mövcuddur. Bu cür məlumatlar sırasında Rusiya arxivlərində saxlanılanlar xüsusi yer tutur. Ermənilərin nə qədər qorxaq və buna rəğmən barbar bir millət olduğunu məhz bu arxivlərdə saxlanılan məlumatlar bir daha təsdiqləyir:  

“Yunanlar və ermənilər böyük dəstələr halında kürd kəndlərinin ətrafında gəzərək onları talayır və qadınlarını zorlayırlar. Bütün yunanlar və ermənilər silahlıdır…”. (Rusiya Dövlət Hərbi Tarix Arxivi)

Karinin – təxəllüs; (əsl adı Qabrielyan) Artaşes Balasiyeviç – sovet tənqidçisi, ədəbiyyatşünası, Ermənistan SSR Elmlər Akademiyasının akademiki (1956).

Sovet Ermənistanının dövlət xadimi və alimi A.B.Karinyanın “Erməni millətçi meyllərinin xüsusiyyətləri haqqında” məqaləsində, “Erməni könüllü dəstələri kürd və türk əhalisini sistemli şəkildə qırıblar” cümləsi yer alıb. Bu, erməni akademikin öz milləti haqda səsləndirdiyi fikirlərdən yalnız bir cümlədir. Lakin bu cümlə ermənilər necə bir etnos olduğunu bütün dünyaya göstərməyə kifayət edir.

 Каринин (псевдоним; настоящая фамилия Габриэлян) Арташес Баласиевич — советский критик, литературовед, академик АН Армянской ССР (1956 г.).

“Onlar (ermənilər – red) Türkiyədə yaşayan bütün qeyri-xristian qruplara qarşı nifrətlərini gizlətmirdilər. Rus qoşunlarının qələbəsindən ruhlanan “erməni könüllülər” işğal olunmuş bölgəyə soxulandan sonra öz təsirlərini “bərpa etmək” üçün bütün səylərini birləşdirir və qeyri-erməniləri fiziki şəkildə məhv edirdilər. Çünki nəzərdə tutulan ideanın reallaşmasına ciddi maneələrdən biri də Türkiyənin rəngarəng etnik tərkibi və “altı vilayət”də ermənilərin az olması idi. Yalnız bəzi ərazilərdə ermənilər cüzi çoxluq təşkil edirdilər. Bütün digər qrupların, xüsusən də müsəlman dininə etiqad edən millətlərin sayı ölçüyəgəlməz dərəcədə çox idi. Ona görə müsəlmanlara qarşı “Daşnaksütyun” partiyasının təşəbbüsü ilə yuxarıda göstərilən tədbirlər planı işlənib hazırlanmışdı”.

Qeyd edək ki, Artaşes Balasiyeviç Karinyan 1886-cı il noyabrın 11-də Bakıda anadan olub. Peterburq universitetini bitirdikdən sonra (1910) Bakıda inqilabi təbliğat işi aparıb. 1918-ci ildə Bakı Xalq Komissarları Sovetinin Xalq Ədliyyə Komissarı, daha sonra isə Ermənistan MSK-nın sədri olub. O, publisistik fəaliyyətə 1906-cı ildə başlayıb. “Kayts” (“İskra”), “Bakı işçisi”, “Pravda”, “Həqiqət yolu” və sair nəşrlərdə çalışıb. Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif olunub. Siyasət, iqtisadiyyat, tarix sahəsində bir çox əsərlərin müəllifidir. Bundan əlavə, bir sıra ədəbi və tənqidi əsərlər yazıb.

(Karinyan “Erməni millətçi hərəkatlarının xüsusiyyətləri haqqında” əsərindən) – “Zaqafqaziya bolşeviki”. 1928. № 9-10. S.65-66.)

Из русского архива о курдах

“Volçeski dəstələri əsasən xristian olmayan mülki əhalinin məhv edilməsi ilə məşğul olurdular. Könüllü dəstələr kürd və türk əhalisini sistemli şəkildə məhv etməklə, “Daşnaksütyun” partiyasının “erməni ərazisi”ni müsəlman ünsüründən “təmizləmək” planını həyata keçirirdilər. “Proqram” o qədər israrla həyata keçirilirdi ki, bu, Rusiya ordusunun rəhbərləri arasında narazılıq yaradırdı. Çünki Daşnaksütyun Partiyası öz siyasəti ilə vəziyyəti daha da dözülməz hala çatdırırdı”.

“Daşnaksütyun” partiyasının üzvləri çox qaranlıq keçmişi olan insanlardır” – Anatoli Anatoliyeviç Neratov

“Zati-aliləri nəzərinizə çatdırıram ki, Qafqaz Ordusunun komandanı yuxarıda adları çəkilən ermənilərin Rusiyaya buraxılmasını arzuolunmaz hesab edir. Çünki onların hamısı “Daşnaksütyun” Partiyasına mənsub olduqlarından çox qaranlıq keçmişə malik insanlardırlar. Buna görə də Bolqarıstan ordusu onların mövcudluğundan heç bir fayda əldə etməyəcək. Əksinə, bu ermənilər orduda fitnə-fəsad törədəcəklər. Onların adları çəkilən ordunun sıralarında olması bizim üçün həm Balkan yarımadasında, həm də Bolqarıstanın özündə kəşfiyyatın təşkili işini xeyli asanlaşdıra bilər”. M. Belyaev (İmperializm dövründə beynəlxalq münasibətlər) // 1878-1917-ci illər çar və müvəqqəti hökumətin arxivindən sənədlər”.

Из русского архива о курдах

Çar Rusiyasının xarici işlər naziri Sazonovun Rusiyanın İstanbuldakı səfirinə teleqramı: “Çar Rusiyası erməni və kürd kartlarından eyni vaxtda istifadə edir”.

“Qaçqınların öz yerlərinə qayıtmasına icazə verilməsi fonunda son vaxtlar Ərdəqan rayonunun kəndlərində çoxlu sayda erməni, yunan kürd və rus/molokanlar peyda olub. Onların hamısı bir-birinə son dərəcə düşmən mövqedədir. Onlar arasında müxtəlif iqtisadi məsələlərdə mübahisələr, çəkişmələr baş verir. Mülki hakimiyyət bu mübahisələri həll etmək və dayandırmaqda acizdir. Hal-hazırda Ərdəqan bölgəsində heç bir süvari yoxdur, xahiş edirəm bizə kömək üçün qüvvə göndərəsiniz”.

General Oqanovskinin general Nikolayevə teleqramı: “Kürdlər yolda ermənilər tərəfindən saxlanılacaq”. (23 may 1915)

“General Nikolayeviç xəbər verir ki, çoxlu sayda kürdlər təslim olur. Vanda mindən çoxu Amerika missiyasının himayəsində olan qadın və uşaqlar üçün xüsusilə çətindir. Sor yaxınlığında daha bir neçə min adam toplanıb. Onları Türkiyə sərhədlərinə göndərmək çox uzaqdır və yolda ermənilər tərəfindən tutulacaqlar. Ona görə də onların təslim olmuş kürdlərin himayəsində qalmasına icazə verdim” – General Oqanovski.

Из русского архива о курдах

Yudeniç Nikolay Nikolayeviç [30 iyul 1862 – 5 oktyabr 1933]. Birinci Dünya Müharibəsinin əvvəlində qərargah rəisi, 1915-ci ilin yanvarından Qafqaz ordusunun komandanı. 1916-cı ildə Ərzurum və Trabzon əməliyyatlarını uğurla həyata keçirib. 1917-ci ilin mart-aprel aylarında Qafqaz cəbhəsinin baş komandanı olub.

Görkəmli bolşevik liderlərindən biri Kirovun 29 iyun 1920-ci il tarixli teleqramından: “Daşnaklar bütün qəzəb gücünü müsəlmanlara, ruslara qarşı yönəldirdilər”.

“Daşnakların terroru dayanmır. Daşnaklar bütün qəzəblərini müsəlmanlara, ruslara qarşı yönəldiblər. Qars bölgəsindəki otuz min rusdan on beş mini qalıb. Qalanı ya Türkiyəyə, ya Rusiyaya qaçıb, ya da həlak olub. Tuxurts bölgəsinin 15 müsəlman kəndi tamamilə məhv edilib”.

Van gölündən başlayaraq cənuba və qərbə, Bitlis-Buş bölgəsinə, daha sonra Xnıs, Bulanık, Patnots, Manazkert, Ala-Dağı, Alaşkertlə birlikdə Basena və Bayazid-Dyadina ərazilərinə qədər bütün məkanlarda kürdlər yaşayırdı. İndi bu ərazilər tamamilə boşdur. Yüzlərlə kürd kəndi dağıdılıb və viran qalıb. Erməni könüllü dəstələrinin rəhbərlərindən biri deyib: “Məncə, bu müharibə zamanı kürdlər hər şeylərini itirdilər. Əgər onlar hələ də bizim qüvvələrimizə qarşı mübarizəni davam etdirirlərsə, deməli bunlar Şərqi Kürdüstan və Diyarbəkir bölgəsində sayı 250 mini keçməyən kürdlərin yazıq qalıqlarıdır.

Из русского архива о курдах

Bir rus zabiti müharibənin əvvəlindən kürdlərlə qızğın toqquşma apardıqları ərazilərdə olduğunu deyib: “Təkcə öldürülən kürdlərin sayının 40 mini keçdiyini desəm, yanılmaram. Ölənlərdən iki dəfə çox olan yaralılar haqqında danışmaq istəmirəm”.

Göründüyü kimi Rusiya arxiv sənədləri ermənilərin nəinki müsəlmanlara, hətta ruslara və kürdlərə qarşı da kütləvi qırğınlar törətdiyini sübuta yetirir. Əsasən Birinci Dünya Müharibəsi, Çar Rusiyası və Osmanlı imperiyası dövrünə aid bu arxiv sənədləri ermənilərin iç üzünü bütün dünyaya göstərmək baxımından əvəzedilməzdir. Üstəlik bu sənədlərin Türkiyə yox, məhz Rusiya arxivlərində yer alması, həmçinin dəhşətli faktların SSRİ dövrünün erməni alimləri tərəfindən dilə gətirilməsi sözügedən materialların doğruluğuna heç bir şübhə yaratmır.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*