“SSRİ-nin bütün keçmiş respublikaları İttifaqı qeyri-qanuni olaraq tərk edib”.
KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Yevgeni Fedorov bildirib.
O daha sonra vurğulayıb. “Məsələn elə götürək Qazaxıstanı. Heç kimə sirr deyil ki, Qazaxıstan Sovet İttifaqını qanunsuz olaraq tərk edib. Qanunsuz olan hər şey həmişə mübahisəlidir. Ona görə də keçmiş Sovet İttifaqının bütün respublikalarını legitim hesab etməmək üçün əsaslar var”.
Parlamentari bu ölkələrlə hüquqi münasibətlərin Vladimir Putinin müəyyən etdiyi “qırmızı xətlər” prinsipləri əsasında qurulmasını təklif edib.
“Yəni, NATO-ya daxil olmamaq və anti-Rusiya xarakterli hərbi quruculuqla məşğul olmamaq. Bu isə beynəlxalq hüququn birgə sənədlərində öz əksini tapmalıdır”, – deyə siyasətçi fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Duma üzvünün belə bir bəyanat verməsinə səbəb Qazaxıstanın Karaqanda şəhərinin Kazıbekbi rayon məhkəməsinin verdiyi hökm olub. Həmin hökmə görə, “Vaqner” tərkibində Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak etdiyinə görə Qazaxıstan vətəndaşı altı il səkkiz ay müddətinə azadlıqdan məhrum edilib.
Natiq Səlim,
KONKRET.az
Rusiya durduqca, dunya tehtiddedir!