Rus məhbus Avstriyada həbsxanadan qaçdıbackend

Rus məhbus Avstriyada həbsxanadan qaçdı

Aşağı Avstriya federal əyalətindəki həbsxanalardan biri rus olmaqla üç məhbus qaçıb.

KONKRET.az xəbər verir ki, bu barədə Avstriyanın “Die Presse” qəzeti məlumat yayıb.

Bir həftə ərzində üç qaçış hadisəsi baş verib. Məlumatda deyilir ki, məhbuslar həkimlərə baş çəkən zaman qaçmağa müvəffəq olublar.
Həbsxana mühafizəçiləri həmkarlar ittifaqının rəhbəri Albin Zimma bunu kadr çatışmazlığı və həbsxanalarda kifayət qədər tibbi personalın olmaması ilə izah edib.

35 yaşlı rusiyalının çərşənbə axşamı axşam saatlarında Şteyn həbsxanasından qaçdığı məlum olub. Onu Krems ərazisində axtarsalar da, nəticəsi olmayıb. Həmin şəxs quldurluğa görə həbs olunmuşdu və cəzasını qapalı rejimdə çəkirdi.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*