Rus muzdluları Suriyadan bu cür daşındıbackend

Rus muzdluları Suriyadan bu cür daşındı

Liviya ordusu Suriyadan Xəlifə Haftarın nəzarətindəki bölgələrə muzdlu döyüşçüləri daşıyan 12 təyyarənin aşkar edildiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Liviya ordusuna bağlı “Qəzəb vulkanı əməliyyatı” sosial media hesabında açıqlama yayıb.

“Oktyabr ayından bəri muzdlu döyüşçüləri daşıyan “Damaskus Vinqs Eyrlayns” şirkətinə aid 12 təyyarə Xəlifə Haftarın nəzarətindəki bölgələrə enib.

Sözügedən təyyarələrin rusların Hmeymim hava bazasından qalxdığı, Liviyada Xəlifə Haftarın nəzarətində olan Benqazidəki Benina beynəlxalq hava limanına və El-Mərc şəhərinin cənubundakı BƏƏ-yə məxsus olan Əl-Xadim hərbi bazasına endiyi bildirilir.

“Şam Qanadları” Hava Yolları Şirkətinin Rusiyadan Suriyaya silah və döyüşçü daşıdığı üçün ABŞ sanksiyalarına məruz qaldığı bildirilib.

axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*