Rus ordusu Polşa sərhədinə çatdı – “Fövqəladə vəziyyət elan edilsin”backend

Rus ordusu Polşa sərhədinə çatdı – “Fövqəladə vəziyyət elan edilsin”

Rusiya və Belarus silahlı qüvvələri Polşa sərhədləri yaxınlığında hərbi təlimlərə başlayır.

KONKRET.az xəbər verir ki, bu barədə Polşanın “Do Rzeczy” nəşri məlumat yayıb. Bu məqsədlə Belarus-Polşa sərhədlərinə çox sayda hərbi texnikanın yerləşdirildiyi bildirilib.

Rusiya-Belarus birgə hərbi təlimləri 10-16 sentyabr tarixlərində keçiriləcək. İyul ayında, Polşa və Litva sərhədlərindən uzaq olmayan Qrodno bölgəsində yerli ərazi müdafiə qüvvələrinin yoxlanılmasının ilk mərhələsi başlayıb. Bundan əvvəl təlimlərə görə Litvanın şərq bölgələrində fövqəladə vəziyyətin elan edilməsi təklif olunub.

Amma Litvanın müdafiə naziri Arvidas Anuşauskas belə bir addımın təxribat olacağını və bölgədəki gərginliyin artmasına səbəb ola biləcəyini söyləyib. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*