Rus Pravoslav Kilsəsinin Sinodu, bütün ermənilərin katolikosu II Garegin ilə razılaşdıqdan sonra, Ermənistan ərazisində yeparxiya qurmaq qərarına gəlib.
KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskva Patriarxlığının media ilə əlaqələr şöbəsinin sədri Vladimir Leqoyda öz Telegram kanalında bildirib.
“15 Oktyabr, 2021-ci il tarixində Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodu, Ermənistanın daxilində Rus Pravoslav Kilsəsinin İrəvan-Erməni Yeparxiyasını qurmağa qərar verdi. Yeni yaradılan İrəvan-Erməni Yeparxiyasının yepiskopu “İrəvan və Erməni” tituluna malik olacaq. O İrəvan şəhərindəki yepiskop qalasında yerləşəcək” – deyə Leqoyda yazıb.
Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun qərarı ilə Klin arxiyepiskopu Leonid, İrəvan-Erməni Yeparxiyasının hakim yepiskopu seçilib.
Müşviq Tofiqoğlu
KONKRET.az
Yerə anda bəyəm pravoslav rus qalıb ki? Bu yeparxiya kimə xidmət edəcək?