Rus Pravoslav Kilsəsi Ermənistan ərazisində yeparxiya qurdu – Yepiskop “İrəvan və Erməni” titulu daşıyacaqbackend

Rus Pravoslav Kilsəsi Ermənistan ərazisində yeparxiya qurdu - Yepiskop "İrəvan və Erməni" titulu daşıyacaq

Rus Pravoslav Kilsəsinin Sinodu, bütün ermənilərin katolikosu II Garegin ilə razılaşdıqdan sonra, Ermənistan ərazisində yeparxiya qurmaq qərarına gəlib. 

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskva Patriarxlığının media ilə əlaqələr şöbəsinin sədri Vladimir Leqoyda öz Telegram kanalında bildirib.

“15 Oktyabr, 2021-ci il tarixində Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodu, Ermənistanın daxilində Rus Pravoslav Kilsəsinin İrəvan-Erməni Yeparxiyasını qurmağa qərar verdi. Yeni yaradılan İrəvan-Erməni Yeparxiyasının yepiskopu “İrəvan və Erməni” tituluna malik olacaq. O İrəvan şəhərindəki yepiskop qalasında yerləşəcək” – deyə Leqoyda yazıb.

Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun qərarı ilə Klin arxiyepiskopu Leonid, İrəvan-Erməni Yeparxiyasının hakim yepiskopu seçilib.

Müşviq Tofiqoğlu

KONKRET.az

  • Tahir
    Oktyabr 16, 2021 - 12:29

    Yerə anda bəyəm pravoslav rus qalıb ki? Bu yeparxiya kimə xidmət edəcək?

Tahir üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*