Rusiyaya məxsus qırıcı təyyarə ölkəmizin hava məkanını pozub.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna deyib.
“Bir neçə gün əvvəl bayraqsız üzən “kölgə donanma” tankeri “Jaguar” Estoniya iqtisadi zonasına daxil olub. Biz buna uyğun cavab verdik: “kölgə donanması” gəmisinin sığortası və bayrağı olmadığı üçün qüvvələrimizi onu müşayiət etməyə göndərdik. Rusiya da vəziyyəti qiymətləndirmək məqsədilə ora qırıcı göndərdi, qırıcı bir dəqiqədən az müddətə qanunsuz olaraq hava məkanımıza daxil oldu. NATO qırıcıları da rus qırıcısına nəzarət üçün havaya qaldırıldı”, – o bildirib.