“Rusiya Ermənistanın təhlükəsizliyinə zəmanət verir, sülhməramlılar mümkün soyqırımın qarşısını alır”.
KONKRET.az xəbər verir ki, bu barədə senator Viktor Bondarev özünün Telegram kanalında yazıb.
“Biz KTMT vasitəsilə əməkdaşlıq edirik və Ermənistanın bütövlüyü, müstəqilliyi, suverenliyi üçün təhlükə yarandığı hallarda onun təhlükəsizliyinin təmin edilməsində yardıma zəmanət veririk. Gümrüdəki Rusiya hərbi bazası Asiya regionunu xarici təcavüzdən qorumaq üçün forpostdur”, – senator qeyd edib.
O qeyd edib ki, Qarabağda yerləşdirilən Rusiya sülhməramlı kontingentindən də yazıb.
“Qarabağda yerləşdirilən Rusiya sülhməramlıları əldə olunmuş razılaşmalara əməl olunmasını təmin edir, hərbi əməliyyatların təkrarlanmasının və dinc əhalinin mümkün soyqırımının qarşısını alır”, – deyə sərsəm fikir əlavə edib.
Xuraman Etibarlı,
KONKRET.az