“Rus sülhməramlıların uzunmüddətli qalması bizim xeyrimizədir” – Qarabağ separatçısıbackend

"Rus sülhməramlıların uzunmüddətli qalması bizim xeyrimizədir" - Qarabağ separatçısı

“Rus sülhməramlılarının uzun müddət qalması Qarabağ xalqının maraqlarına uyğundur”.

KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Qarabağ separatçısı Artak Beglaryan Moskvada erməni və rus ictimai dairələrinin nümayəndələri ilə görüşdə deyib. O, Rusiyanın fəal və konstruktiv səylərini xüsusi vurğulayıb. Beqlaryan sülhməramlıların mövcudluğunu Qarabağda 120 min erməninin  dolanışığının təminatı kimi göstərib.

Rusun vassalı olduqlarını bir daha sübut edən separatçı tör-töküntüsünün öz mənliyi, öz kimliyi deyəsən heç bir zaman olmayacaq, həmişə Rusiyadan asılı olacaqlar.

Qeyd edək ki, özünü “Artsax Respublikasının xarici işlər naziri” kimi təqdim edən David Babayanın Rusiyaya “işgüzar səfər” etməsi və bu ölkənin siyasi dairələri ilə görüşlər keçirməsinə dair bir sıra erməni KİV-də yayılmış xəbərlərlə bağlı Səfirlik tərəfindən Rusiya Federasiyasının aidiyyəti qurumlarına müraciət olunub. Azərbaycanın Rusiyadakı Səfirliyindən verilən məlumata görə, Rusiya tərəfi bildirir ki, sözügedən səfər şəxsi xarakter daşıyır, qeyri-rəsmi qəbul edilir və adıçəkilən şəxslə heç bir siyası məsləhətləşmələr aparılmayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*