Rusiya 13 Yaponiya vətəndaşının ölkəyə girişini qadağan etdibackend

Rusiya 13 Yaponiya vətəndaşının ölkəyə girişini qadağan etdi

Moskva Tokionun sanksiyalarına cavab olaraq 13 Yaponiya vətəndaşının Rusiya Federasiyasına girişinə qadağa qoyur.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Yaponiyanın xüsusi hərbi əməliyyatla əlaqədar ölkəmizə qarşı davam edən sanksiyalarına cavab tədbirləri çərçivəsində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin prezidenti Tanaka Akihiko, “Toyota” Motor İdarə Heyətinin sədri Toyoda Akio, “Rakuten” Korporasiyasının təsisçisi Mikitani Hiroşi.və digər Yaponiya vətəndaşlarının Rusiya Federasiyasına girişinə daimi qadağa qoyulması barədə qərar qəbul edilib”, – məlumatda deyilir.

Sanksiya siyahısına Yaponiya işgüzar dairələrinin digər nümayəndələri də daxil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*