Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya gecə saatlarında demək olar ki, bütün ölkə üzrə genişmiqyaslı hücum həyata keçirib.
KONKRET.az xəbər verir ki, bu barədə prezident Teleqram kanalında yazıb.
Onun sözlərinə görə, 400-dən çox dron və 40-dan çox raket atılıb. Hücum nəticəsində 49 nəfər yaralanıb, 3 Fövqəladə Hallar Xidmətinin əməkdaşı həlak olub.
Zelenski bəyan edib ki, Rusiya ilk gündən şəhər və kəndləri hədəf alaraq dinc həyatları məhv etməyə çalışır. O, ABŞ, Avropa və beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı daha sərt təzyiqlər göstərməyə çağırıb.