Rusiya Afrikadakı diplomatik mövcudluğunu genişləndirmək niyyətindədir. Növbədə Niger, Sierra Leone və Cənubi Sudandır.
KONKRET.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib: “Qitə ölkələrində Rusiya səfirliklərinin açılması afrikalı tərəfdaşlarla çoxşaxəli qarşılıqlı əlaqəmizi keyfiyyətcə yeni səviyyəyə çatdırmaq üçündür”. Zaxarova xatırladıb ki, 2023-cü ildə Burkina Faso və Ekvatorial Qvineyada Rusiya diplomatik nümayəndəlikləri fəaliyyətə başlayıb.
KONKRET.az