Dövlət Duması üçüncü və yekun oxunuşda Rusiya Federasiyasının Avropa İttifaqı, Danimarka, İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə vətəndaşlarına vizaların verilməsinin sadələşdirilməsinə dair beynəlxalq müqavilələrinin bəzi müddəalarının dayandırılması haqqında qanunu qəbul edib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumat Dumanın məlumat bazasında dərc olunub.
İzahat notunda qeyd edilir ki, bu ölkələrin hakimiyyət orqanları Rusiya ilə vizaların verilməsinin qarşılıqlı sadələşdirilməsi, o cümlədən viza rüsumlarının artırılmış tariflərinin istifadəsinə keçid haqqında beynəlxalq müqavilələrin fəaliyyətini birtərəfli qaydada tamamilə dayandırıb.
Praktikada qanunun qəbulu o demək olacaq ki, Rusiya vizalarının qiyməti təcili və tezliyindən asılı olaraq 50-300 dollar diapazonunda artacaq və onların verilməsindən müvafiq gəlir 2,8 dəfə arta bilər.
Rəsmiyyə Şərifova,
KONKRET.az