“Rusiya azad dünyanın lideri, ən güclü kənar təsirlərə meydan oxuyan ölkədir” – Patriarx Kirillbackend

“Rusiya azad dünyanın lideri, ən güclü kənar təsirlərə meydan oxuyan ölkədir” – Patriarx Kirill

Patriarx Kirill Rusiyanı azad dünyanın lideri adlandırıb.

KONKRE.az “TASS”a istinadən xəbər verir ki, bu fikiri Rus Pravoslav Kilsəsinin 16-cı nümayəndəsi, Moskva və bütün Rusiyanın Patriarxı Kirill səsləndirib. O Rusiyanı azad dünyanın lideri, ən güclü kənar təsirlərə belə meydan oxuyan ölkə adlandırıb:

“Rusiya azad dünyanın lideridir. Biz həqiqətən azad ölkəyik, bu real faktdır. Biz ən güclü kənar təsirlərdən qorunuruq, özümüzə uyğun inkişaf edirik və Allah bu yolun uğurlu olmasını qismət etsin” – deyə Kirill “Rossiya-24” telekanalına müsahibəsində bildirib.

Patriarx Rusiyanın digər ölkələr üçün nümunə ola biləcəyini də vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*