“Rusiya Azərbaycan ərazisindən Ermənistan və İrana elektrik enerjisinin çatdırılması imkanlarını nəzərdən keçirir” – Şulqinovbackend

“Rusiya Azərbaycan ərazisindən Ermənistan və İrana elektrik enerjisinin çatdırılması imkanlarını nəzərdən keçirir” - Şulqinov

“Hazırda Rusiya Azərbaycan ərazisi vasitəsilə Ermənistana, ondan İrana və ola bilsin ki, daha çox digər ölkələrə elektrik enerjisinin çatdırılması imkanlarını nəzərdən keçirir”.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın energetika naziri Nikolay Şulqinov deyib.

“Birinci mərhələdə biz Tehran və Bakı ilə razılaşırıq ki, yeni tikinti aparılmadan mövcud infrastrukturdan istifadə etsinlər”.

Nazirin sözlərinə görə, söhbət 300 MVt həcmdən gedir.

“Bütün layihə iştirakçıları bununla maraqlanır. Görək, işlər necə gedir”, – Şulqinov bildirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*