Rusiya Azərbaycandan gələn yük maşınlarını Belarusla sərhəddən keçməsinə icazə vermir.
KONKRET.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Tır süürücüləri soydaşlarımız xəbər verirlər ki, Rusiya heç bir səbəb olmadan Azərbaycandan gələn yük maşınlarını Belarusa buraxmır. Onların dediyinə görə, Rusiya “acığa düşüb”, bir növ “qisas” alır.
Son günlər azərbaycanlı ekoloq və aktivistlərin Qarabağda keçirilən aksiyasının qəzəbini ruslar bu üsulla çıxarırlar.
Maşınlar Bryansk vilayətində Krasnı Kamensk sərhəd keçid məntəqəsində saxlanılıb. Sürücülər deyir ki, sərhədçilər onların pasportlarını, nəqliyyat polisi isə maşının sənədlərini alıb və geri qaytarmır.
“Bütün sənədlərimiz qaydasındadır. Lakin Rusiya bizi 3-cü ölkəyə buraxmır. Sənədlərimizi də alıb, qaytarmırlar. Artıq bir neçə gündür ki, nə geriyə gedə bilirik, nə də qabağa. Görünür ki, nəyinsə acığına düşüblər”, -deyə azərbaycanlı sürücü bildirib.
Onlar Azərbaycanda müvafiq orqanlardan kömək istəyiblər.
Ətraflı videoda:
Xuraman Etibarlı,
KONKRET.az