Dekabrın 16-dan etibarən “Rosselxoznadzor” Azərbaycanın müəssisələrindən birindən Rusiyaya pomidor idxalına icazə verir.
KONKRET.az xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda qeyd olunub.
“Verilən məlumatların təhlilinin nəticələrinə əsasən, “Rosselxoznadzor” Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə Xızı rayonunda yerləşən Agroterm MMC müəssisəsindən Azərbaycandan Rusiyaya pomidor idxalına icazə verilməsini mümkün hesab edir”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, Rusiya məhsullarda zərərverici orqanimzlərin aşkarlanması səbəbindən dekabrın 10-dan etibarən Azərbaycandan alma və pomidor idxalını qadağan etmişdi.