Rusiya Bakıya minnətdarlıq etdibackend

Rusiya Bakıya minnətdarlıq etdi

Rusiya vətəndaşlarının İrandan təhlükəsiz təxliyəsinin təmin edilməsində göstərdiyi köməyə görə Azərbaycana minnətdardır.

KONKRET.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Tehranda olan bütün vətəndaşlarımızın təxliyə imkanı təmin edilir. Təxliyə Azərbaycanla sərhəddəki nəzarət-buraxılış məntəqəsində həyata keçirilir. Azərbaycanlı dostlarımız da maksimum əlverişli şərait yaradırlar. Buna görə onlara çox minnətdarıq”, – D.Peskov qeyd edib.

Onun sözlərinə görə, İrandan rusiyalıların təxliyəsi üzrə iş 24 saat davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*