Rusiyanın baş prokuroru Bakıya gəldi – VİDEObackend

Rusiyanın baş prokuroru Bakıya gəldi - VİDEO

Rusiyanın baş prokuroru İqor Krasnov 8 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.

Baş Prokurorluqdan KONKRET.az-a verilən məlumata görə, hər iki qurum rəhbərləri ikitərəfli qarşılıqlı fəaliyyətin müxtəlif aspektlərini, prokurorluq fəaliyyətinin ən aktual məsələləri üzrə birgə tədbirlərin keçirilməsinin perspektivlərini müzakirə etmək və bir sıra ikitərəfli sənədləri imzalamaq niyyətindədirlər.

Səfərin təfərrüatları barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*