“Rusiya başladığı müharibəni dayandırmalıdır” – Stoltenberqbackend

"Rusiya başladığı müharibəni dayandırmalıdır" - Stoltenberq

“NATO lazım olduğu müddətdə Ukraynaya dəstəyini davam etdirəcək və gücləndirəcək”.

KONKRET.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra şəxsi “Twitter” səhifəsində belə yazıb.

Stoltenberqin sözlərinə görə, Zelenski ilə söhbət zamanı o, Ukrayna silahlı qüvvələrinin əks-hücum əməliyyatının gedişatını qeyd edib.

“Mən prezident Zelenski ilə danışdım və cəsur Ukrayna xalqını və silahlı qüvvələrini öz ərazilərini rus təcavüzkarlarından geri almaqda əldə etdikləri təsirli irəliləyişlərə görə təqdir etdim. Rusiya başladığı müharibəni dayandırmalıdır. NATO lazım olduğu müddətdə Ukraynaya dəstəyini davam etdirəcək və gücləndirəcək”, – NATO-nun baş katibi yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*