Rusiya Sakit Okean Donanmasının “Bastion” raket kompleksləri Kuril adalarında xidmətə başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, raketlər Paramuşir adasında yerləşdirilib.
Qeyd edək ki, “Bal” və “Bastion” sistemləri 2016-cı ilin payızından İturup və Kunaşir adalarında yerləşdirilib.
Xatırladaq ki, Rusiya ilə Yaponiya arasında münasibətlər Ukrayna müharibəsindən sonra pisləşib. Mart ayında Rusiya hökuməti Kuril adalarının statusu və sülh müqaviləsi ilə bağlı danışıqlardan imtina edib, həmçinin adalarda yaponlar üçün vizasız rejimi ləğv edib.
İqbal Rzayev,
KONKRET.az