“Rusiya beynəlxalq hüquqa hörmət etmir. Bu isə çox qorxuludur”backend

"Rusiya beynəlxalq hüquqa hörmət etmir. Bu isə çox qorxuludur"

“Ukraynaya dəstək bəzi siyasətçilər üçün qıcıqlandırıcı amilə çevrilib, lakin Praqa Kiyevə kömək etməyə davam edəcək”.

KONKRET.az xəbər verir ki, bu sözləri Çexiya prezidenti Pyotr Pavel bildirib.

“Rusiya və onun güc ambisiyalarından geri çəkilmək mümkün deyil”, – deyə prezident bildirib.

Pavelin sözlərinə görə, söhbət həm də Çexiyanın təhlükəsizliyindən gedir, çünki Rusiyanın beynəlxalq hüquqa hörmət etməyəcəyi və onun hüdudlarından kənarda baş verənlərə getdikcə daha çox təsir göstərməyə çalışacağı ilə bağlı əsaslı qorxular var.

Pavel xatırladıb: “Əgər biz bunu biliriksə, Ukraynanı dəstəkləməkdən başqa seçimimiz yoxdur”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*