“Rusiya bölgədə əbədi münaqişə ocağının olmasında maraqlıdır”backend

"Rusiya bölgədə əbədi münaqişə ocağının olmasında maraqlıdır"

3-cü Qarabağ müharibəsi?! Azərbaycanın sonuncu qələbəsi Qərbdə bəzi dairələri və Rusiyanı qane etmir. Amma Ermənistan da bu gün total müharibəyə hazır deyil…

1980-88 İran-İraq müharibəsində İran təklənsə də güclü idi. Bütün sanksiyalara və iqtisadi tənəzzülə rəğmən müqavimət göstərirdi. İraq isə hər dəfəsində məğlub olurdu. Amma 8 il ərzində ABŞ, Fransa, Çin və SSRİ tərəfindən silahlandırılıb yenidən İranın üstünə göndərilirdi… Beləliklə bir milyon insanın həlak olduğu və sonunda nəticəsiz qalan bir savaş baş verdi dünyada…

Yəni dediyim odur ki, böyük güclər kiçik dövlətləri asanlıqla silahlandıra və qızışdıra bilir. Bu gün Rusiya yaxşı başa düşür ki, 5 ildən az bir müddət sonra Azərbaycan onun sülhməramlılarını çıxara bilər. Odur ki, Rusiya davamlı olaraq bölgədə əbədi münaqişə üçün artsax, sartsax kimi statuslarda maraqlıdır. Son günlər sərhəd xəttində vəziyyət gərgindir. Ermənistanın bu gün Azərbaycana əzələ nümayiş etirəcək gücü və siyasi lüksu yoxdur. Lakin böyük güclər münaqişə odunun sönməsində maraqlı deyillər… Azərbaycan xalqının və onun rəhbərliyinin mesajları aydındır. Gələcəkləri varsa, görəcəkləri də var…

Əli Məhərrəmli

  • Nezer Guneshli
    İyul 15, 2021 - 16:42

    Salam!
    Butun dunya bu dovletlerin mekrli, gerezli, alchag ishlerinde halidie!
    Bunlara, yani ki, Azerbayjan dushmenlerune hech bir furset vermeden, istifade etdikleri “korpuleri” darmadagin edib, ontario ne irelilemeye, ne de geriye donmeye hesret goymag lazimdi!

Nezer Guneshli üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*