“Rusiya bu əraziləri itirəcək” – Trampın elçisindən ŞOK AÇIQLAMAbackend

"Rusiya bu əraziləri itirəcək" - Trampın elçisindən ŞOK AÇIQLAMA

“Rusiya bəzi əraziləri itirə bilər”.

KONKRET.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff deyib.

O bildirib ki, Rusiya sülh danışıqları nəticəsində iddia etdiyi Ukrayna ərazilərinin bir hissəsini ala bilər, amma hamısını ələ keçirmək mümkün deyil”.

Vitkoff hesab edir ki, Ukrayna bəzi rusdilli regionların itirilməsi üçün narahatlıq keçirməməlidir.

Bir gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Vitkoff Rusiya tərəfinin strategiyasını özü üçün əsas kimi qəbul edib.

Bu yaxınlarda Sankt-Peterburqda Vladimir Putinlə görüşən və daha sonra Moskvanın ilhaq etməyə çalışdığı Ukraynanın beş ərazisi ilə bağlı müzakirə aparan Vitkoff Rusiyanın daimi sülhə nail olmaq üçün şərtlərinin nədən ibarət olduğunu bildiyini vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*