Rusiya bu ölkədə nüvə reaktoru inşa edirbackend

Rusiya bu ölkədə nüvə reaktoru inşa edir

“Rosatom” Boliviyada Nüvə Tədqiqat və Texnologiya Mərkəzinin və nüvə reaktorunun inşasına başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Rosatom”un vitse-prezidenti Kirill Komarov açıqlama verib.

“Bu reaktor Boliviyanı dünyanın innovasiya ölkələri siyahısına daxil edəcək texnoloji bir möcüzədir”, – vitse-prezdent deyib.

Nüvə mərkəzi dəniz səviyyəsindən 4 kilometr yüksəklikdə yerləşəcək. Mərkəz 2024-cü ildə fəaliyyətə başlayacaq.

Qeyd edək ki, “Rosatom” və Boliviya Nüvə Enerji Agentliyi 2017-ci ildə El-Alto şəhərində Nüvə Tədqiqatları və Texnologiyaları Mərkəzinin inşası barədə bir müqavilə imzalamışdılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*