Rusiya hökuməti bərk buğdanın ixracına 2024-cü il mayın 31-dək müvəqqəti qadağa qoyulması barədə göstəriş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Bu qərar ərzaq təhlükəsizliyini təmin etmək və Rusiya Federasiyasının daxili bazarında sabit vəziyyəti saxlamaq məqsədilə qəbul edilib.
Bununla belə, ixrac qadağasının tətbiq edilməyəcəyi bəzi istisnalar var. Bunlara humanitar yardım məqsədilə və hökumətlərarası sazişlər çərçivəsində bərk buğdanın ixracı, eləcə də taxılın tədarük kimi və ya Cənubi Osetiya və Abxaziya ərazisinə ixracı daxildir.
Bundan əlavə, Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin ərazisinə taxılın müəyyən edilmiş kvotalar çərçivəsində və Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyinin razılığı ilə ixracına icazə verilir. Söhbət Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstandan gedir.