“Rusiya Ermənistana xatırladır ki, Qarabağ məsələsinin həlli yollarını axtarmaq üçün davamlı olaraq “Rus çarına məktub” yazmağa ehtiyac yoxdur.”.
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, hazırkı durumda Moskvanın öz problemləri var.
“Rusiyanın Qarabağ problemi ilə bağlı mövqeyində çoxlu qəti vurğuları var. Və bu vurğular diplomatik dildən tərcümə edilərsə, belə ifadə oluna bilər: “Siz 30 ildir müstəqil dövlətsiniz. Hər problemlə daha nə qədər zəng edib Moskvaya yazacaqsınız. Belə bir janr var – “rus çarına məktub”. Və həqiqətən, biz bu janrda nə qədər yaşayacağıq. Moskvanın öz problemləri çoxdur”, – deyə Paşinyan bildirib.
Günel Mikayılova,
KONKRET.az