Rusiya Donetsk vilayətinin Liman şəhərini raket sistemlərindən atəşə tutub.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat verib.
Nazirlik azı 8 nəfərin öldüyün, 13 nəfərin yaralandığını bildirib.
“Rusiya qoşunları şəhəri atəşə tutublar. Özəl sektor raket hücumuna məruz qalıb, ev və mağazaya ziyan dəyib”, – vilayət administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.