Rusiya dünyaya meydan oxudubackend

Rusiya dünyaya meydan oxudu

Rusiya nüvə silahını çəkindirmə vasitəsi hesab edir, ondan istifadə ifrat və məcburi tədbirdir.

KONKRET.az  xəbər verir ki, bu barədə Rusiya Federasiyasının yenilənmiş nüvə doktrinasında deyilir. “Rusiya Federasiyasının nüvə silahının qarşısının alınması sahəsində dövlət siyasətinin əsasları” adlı sənəd 26 bənddən ibarətdir. Rusiya prezidenti Vladimir Putin bildirib ki, heç kim nüvə silahının istifadə olunmayacağına zəmanət vermir.

Yenilənmiş doktrinada deyilir ki, Moskva  Rusiya Federasiyasına və Belarusa qarşı təcavüz olarsa, nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır. Sənədə əsasən, nüvə dövlətinin dəstəyi ilə qeyri-nüvə dövlətinin Rusiya Federasiyası və onun müttəfiqlərinə qarşı həyata keçirdiyi təcavüz birgə hücum kimi qiymətləndiriləcək. Sənəddə deyilir: “Potensial düşmənin Rusiya Federasiyasına və ya onun müttəfiqlərinə qarşı təcavüzünün qarşısının alınması ən yüksək dövlət prioritetlərindən biridir. Təcavüzün qarşısını almaq Rusiya Federasiyasının bütün hərbi gücü, o cümlədən nüvə silahı tərəfindən təmin edilir”. Rusiyaya və onun müttəfiqlərinə qarşı ballistik raketlərdən istifadə edilibsə, düşmən kütləvi qırğın silahlarından istifadə edibsə, düşmən tərəfindən Rusiya Federasiyasının ən mühüm dövlət və ya hərbi obyektlərinə hücum edilibsə, o zaman nüvə silahından istifadə oluna bilər. Doktrinada qeyd olunur ki, nüvə silahından istifadə barədə qərarı Rusiya prezidenti verir.

Potensial düşmən tərəfindən raket əleyhinə müdafiə və peyk əleyhinə sistemlərin, həmçinin zərbə sistemlərinin yaradılması və yerləşdirilməsi də əsas hərbi təhdidlər sırasında qeyd olunur. Rusiya da ona qarşı raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsini hərbi təhdid kimi qiymətləndirir, onun zərərsizləşdirilməsi nüvə qarşısının alınmasını tələb edə bilər.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*