Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) yaydığı məlumata görə, Kreml Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasını sürətlə tam komplektləşdirməyə başlayıb.
KONKRET.az xəbər verir ki, bu addımın məqsədi Cənubi Qafqaz ölkələrinə hərbi-siyasi təzyiqi gücləndirməkdir.
Ukrayna kəşfiyyatının məlumatına əsasən, bazaya şəxsi heyət əsasən Rusiyanın Rostov və Volqoqrad vilayətlərindən, eləcə də Krım yarımadasından cəlb olunur. Bundan əlavə, Şimali Qafqaz xalqları arasında – xüsusilə Şimali Osetiya və Adıgey bölgələrində – könüllülər axtarışı da aktiv şəkildə aparılır.
Natiq Səlim,
KONKRET.az