Rusiya Ermənistandan Krivopuskovla bağlı  izahat TƏLƏB EDİRbackend

Rusiya Ermənistandan Krivopuskovla bağlı izahat TƏLƏB EDİR

Moskva İrəvandan Rusiya-Ermənistan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəhbəri Viktor Krivopuskovun Ermənistana buraxılmaması ilə bağlı izahat tələb edib.

KONKRET.az xəbər verir ki, bu barədə TASS-a diplomatik mənbə bildirib.

Qeyd olunub ki, Ermənistanın bu hərəkəti Rusiyanı xoşagəlməz şəkildə təəccübləndirib.

Mənbənin sözlərinə görə, erməni tərəfdaşlara hakimiyyətin bu qərarının motivlərini və Rusiya vətəndaşı statusunu respublika sərhəd xidməti nöqteyi-nəzərindən izah etmələri xahiş olunub.

“Təəssüf ki, İrəvanın Rusiyanın tanınmış siyasətçilərinə, ictimai xadimlərinə, media nümayəndələrinə tətbiq etdiyi məhdudiyyətlər ikitərəfli münasibətlərin inkişafına heç bir faydası olmayan çirkin təcrübəyə çevrilir”, – deyə agentliyin mənbəsi bildirib.

Xatırladaq ki, Viktor Krivopuskov Rusiya-Ermənistan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin təqdimat mərasimində iştirak etmək üçün İrəvana gedib. İrəvanın “Zvartnots” hava limanında heç bir izahat vermədən onu ölkəyə buraxmayıblar. Qeyd edək ki, Krivopuskov 2009-2013-cü illərdə “Rossotrudniçestvo”nun Ermənistandakı nümayəndəliyinin rəhbəri olub, eyni zamanda Rusiyanın Ermənistandakı səfirliyində məsləhətçi işləyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*