Rusiya Ermənistanı tərk edir, əvəzində Fransa Vediyə 600 nəfərlik hərbi kontingent yerləşdirir – ŞOK İDDİAbackend

Rusiya Ermənistanı tərk edir, əvəzində Fransa Vediyə 600 nəfərlik hərbi kontingent yerləşdirir – ŞOK İDDİA

Əldə etdiyimiz məlumata görə, Ararat (Vedi) rayonunda yaxın aylarda təxminən 400-600 nəfərdən ibarət Fransız hərbi kontingenti yerləşdiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatlar erməni sosial şəbəkələrində müzakirəyə çıxarılıb və böyük rezonans doğurub.

Vedi rayonu çox mühüm strateji əhəmiyyətə malikdir və Türkiyə və Naxçıvanla sərhədə yaxın yerləşir. Həmçinin Türkiyə və Ermənistan arasındakı dəhlizə yaxın bir məsafədədir.

Ermənistandakı Rusiya kontingentinə gəlincə əldə olunan məlumatlara görə, “102 –ci” hərbi bazada tezliklə ixtisarlar başlayacaq. Məlumata görə, Suriya və Kalininqradda hərbi bazaların və kontingentin sayı genişləndirilir.

Çoxları başa düşür ki, Rusiya Ermənistanı elə-belə tərk etməyəcək. Bu həqiqətən də belədir. Lakin Fransa bunun qarşılığında Cənubi Qafqazdakı mövqeyini gücləndirmək üçün, Mərkəzi Afrika Respublikasında güzəştə getməyə hazırdır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*