“Rusiya etibarlı tərəfdaş deyil, Qarabağa beynəlxalq sülhməramlılar yerləşdirilməlidir” – Marsubyanbackend

"Rusiya etibarlı tərəfdaş deyil, Qarabağa beynəlxalq sülhməramlılar yerləşdirilməlidir" - Marsubyan

“Rusiya və Azərbaycanın üst-üstə düşən maraqları Ermənistanla müqayisədə daha çoxdur”.

KONKRET.az xəbər verir ki, bunu Cənubi Konnektikut Universitetinin fəlsəfə professoru Armen Marsubyan erməni mediasına müsahibəsində deyib.

“Ukrayna müharibəsinə görə prezident Putin Avropanın tətbiq etdiyi sanksiyalardan yayınaraq, Azərbaycanı Rusiyadan qaz tədarükü üçün qovşaq kimi “stavka” edir.

İndi Rusiyanın Ermənistandan çox Azərbaycanla geosiyasi maraqları var. Və mən Rusiyanı etibarlı tərəfdaş hesab etmirəm”, – deyə Marsubyan bildirib.

O, Qarabağda, eləcə də Ermənistan və Azərbaycan sərhədində beynəlxalq sülhməramlı missiyanın yerləşdirilməsinin tərəfdarıdır.

“Birinci Qarabağ müharibəsindən atəşkəs rejiminə nəzarət etməli olan ATƏT-in “Minsk Qrupu” idi, sonra isə bu, tam uğursuzluğa düçar oldu. Bilirəm ki, Aİ Ermənistan-Azərbaycan sərhədinə öz müşahidəçilərini göndərib. Lakin mən hesab edirəm ki, missiya ya Avropa İttifaqı, ya da BMT vasitəsilə beynəlmiləlləşdirilməlidir”, – Marsubyan deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*