Rusiya: “G7-nin Kiyevə təhlükəsizlik zəmanətinin qarşılığı ölkənin ukraynalılardan təmizlənməsi olar”backend

Rusiya: "G7-nin Kiyevə təhlükəsizlik zəmanətinin əvəzi ölkənin ukraynalılardan təmizlənməsi olar"

G7 ölkələrinin Ukraynaya təklif etməyə hazırlaşdıqları təhlükəsizlik zəmanətinin əvəzi Qərbin silahları ilə Ukrayna torpaqlarının ukraynalılardan təmizlənməsi olacaq.

KONKRET.az xarici KİV-əistinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

G7 ölkələrinin Ukrayna üçün təhlükəsizlik zəmanətlərindən danışan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib:

“Bu, sırf Odessa yumorudur. Qərb silahları ilə ukraynalılardan təmizlənən Ukrayna torpağında NATO qoşunlarına xidmət etməsi üçün lazımi sayda insan qalacaq”.

Kremlin sözçüsü Dmitri Peskov xəbərdarlıq edib ki, G7 ölkələrinin Ukraynaya təklif etməyi planlaşdırdığı təhlükəsizlik zəmanəti Rusiyanın təhlükəsizliyinə zərər verəcək və buna görə də mənfi nəticələrə səbəb olacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*