“ABŞ-ın Rusiyanın enerji resurlarının ixracına tətbiq edəcəyi sanksiyalar Türkiyəyə ciddi zərər vuracaq”.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bunu “RİA Novosti”yə türkiyəli politoloq Engin Özər deyib.
Özer Türkiyənin Rusiyadan enerji tədarükünün alternativinin olmadığını bildirib:
“Rusiyaya qarşı sanksiyalar Türkiyə üçün ciddi iqtisadi nəticələrə səbəb olacaq. Bu, ölkə sənayesinə mənfi təsir edəcək. Rusiyaya alternativ kimi Amerikanın mayeləşdirilmiş təbii qazı alına bilər, lakin bu da çox bahadır və xərclərin artmasına səbəb olacaq”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Rusiyaya verilən müddətin başa çatmasından sonra bu ölkəyə qarşı ciddi şəkildə sanksiyaların tətbiq ediləcəyini açıqlayıb. Həmçinin Rusiya ilə iqtisadi əlaqələri olan ölkələrin də hədəfə alına biləcəyi bildirilib.