NATO-nun baş katibi Stoltenberq hesab edir ki, Rusiya Ukraynada uzunmüddətli xüsusi əməliyyata hazırlaşır.
KONKRET.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq AFP-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiya Ukraynada uzunmüddətli müharibə
Uzun sürən münaqişə;
Stoltenberq Rusiyanın müvafiq planlarını açıqlayıb və onların həyata keçirilməsi üçün hazırlıqların getdiyini vurğulayıb. NATO-nun baş katibinin sözlərinə görə, Moskva döyüş əməliyyatlarında qalib gəlmək qabiliyyətinə şübhə edənə qədər Kiyevə hərbi yardım göstərilməlidir:
“Rusiya uzunmüddətli müharibə planlaşdırır. Biz onların daha çox qüvvə səfərbər etdiklərini, daha çox itki verməyə hazır olduqlarını görürük. Eyni zamanda Rusiya daha çox silah və sursat əldə etməyə çalışır” – Stoltenberq vurğulayıb.
Baş katib Şimali Atlantika Alyansının üzvlərini Ukraynaya dəstəyi davam etdirməyə çağırıb. O, münaqişənin sülh danışıqları ilə yekunlaşacağına əminliyini ifadə edib. Stoltenberq Kiyevə silah və sursatların çatdırılmasının tez bir zamanda dialoqa gətirib çıxaracağını deyib.
Qeyd edək ki, daha öncə Stoltenberq Ukraynadakı münaqişənin Rusiya və NATO arasında müharibəyə səbəb olacağına dair fikirlər səsləndirib. Ancaq NATO-nun bundan yayınacağına əminliyini ifadə edib.
Danışıq imkanı;
Ukrayna prezidenti Volodimir Zelenski etiraf edib ki, bir sıra ölkələr onu Rusiya ilə danışıqlar masası arxasına oturmağa çağırır: “Lakin mən söhbət üçün mövzu görmürəm. Vladimir Putin və Emmanuel Makron arasında dialoq nəticəsizdir” – deyə Zelenski əlavə edib.
Bununla belə noyabrın ortalarında Zelenski Rusiya ilə danışıqların mümkünlüyünü qiymətləndirərkən bundan imtina ilə bağlı iddiaları təkzib edib. O bildirib ki, Kiyevin Moskva qarşısında qoyduğu ən mühüm tələb ədalətin bərpasıdır. Ukrayna lideri Rusiya ilə münaqişənin 2023-cü ildə bitəcəyini etiraf edib.
Öz növbəsində, Kremlin sözçüsü Dmitri Peskov Ukrayna ilə dialoq perspektivinin olmaması barədə məlumat verib. Lakin əvvəllər Kremldə dəfələrlə bildirilib ki, Rusiya diplomatiyanı ən əlverişli yol hesab edir. Hətta oktyabrın sonunda Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlara hazır olduğunu açıqlayıb.
Rusiyanın hərəkətləri;
Xatırladaq ki, dekabrın 17-də Rusiya lideri Ukraynada xüsusi əməliyyatda iştirak edən silahlı qüvvələrin birləşmiş qərargahının işi ilə tanış olub. O, hərbi rəhbərlərlə konfrans və görüşlər keçirib. Putin Rusiyanın öz məqsədlərinə çatacağını bəyan edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, dekabrın 15-də Rusiya Ukrayna Silahlı Qüvvələrinin üç istiqamətdə – Krasnolımansk, Donetsk və Kupyansk istiqamətində hücumlarını dayandırıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az