Rusiya ilə münaqişədə Ukraynanın xilası üçün Zelenski üçün üçüncü yol yoxdur – ƏTRAFLIbackend

Rusiya ilə münaqişədə Ukraynanın xilası üçün Zelenski üçün üçüncü yol yoxdur - ƏTRAFLI

Burda deyiblər ey:” İlanın ağına da lənət, qarasına da”. Bu gün hamı Rusiyanı qınayır, Putini söyür. Amma gəlin görək bu qanlı münaqişədə günahkar təkcə Rusiyadırmı?! Əsla! Ukrayna-Rusiya münaqişəsində əsas günahkar ABŞ və bir sıra Qərb dövlətləridir. Çünki uzun illərdir ki, bu dövlətlər Ukraynanın başına ip salıb oynadır. Gah vəd verir ki, “səni Avropa İttifaqına üzv edəcəm”, gah da deyir ki, “bu gün-sabah NATO-nun üzvüsən”.

Lakin ötən 10 ildə Qərbdən verilən heç bir vədə əməl olunmayıb. Əvəzində Ukrayna ABŞ və Qərbə sığındığına görə din və dil qardaşı olan Rusiya ilə münasibətləri korlayıb. Vəziyyət o yerə çatdı ki, 2014 –cü ildə Rusiya Kırımı ilhaq etdi. Bu azmış kimi Donetsk və Luqansk bölgələrində separatçılar dəstəkləndi. Və nəticədə Ukrayna faktiki olaraq ərazilərinin 20 faizindən çox hissəsini itirdi. Bu günsə Ukrayna daha böyük itkilərlər üz-üzədir.

Türklərin bir sözü var: “Bükə bilmədiyin əli öpməyə məcbursan”. Son 10 ildə Ukraynada hakimiyyətdə olan avantüristlər heç bir hesablama aparmadan, tarixi həqiqətləri nəzərə almadan və günün reallıqları ilə hesablaşmadan Rusiyaya qarşı buynuz göstərdi. Özü də elə bir güclü səbəb olmadan. Yada salaq ki, Viktor Yanukoviçin istefasına qədər Rusiya ilə Ukrayna arasında isti münasibətlər var idi. Hətta bu ölkələr strateji tərəfdaş idilər.Və Rusiyanın o zamanlar Ukraynaya qarşı nəinki torpaq, heç hansısa iqtisadi iddiası belə yox idi. Ta ki, Yanukoviçiç devrilənə qədər.

Əvvəlcə Qərbin adamı Yuşşenko hakimiyyətə gəldi. Lakin o yanıldığını anladı və siyasətdən birdəfəlik getdi. Sonra isə qatı qərbpərəst Poroşenko siyasi olimpin zirvəsini fəth etdi. Məhz onun hakimiyyəti dövründə Rusiya-Ukrayna münasibətləri böhran həddinə çatdı və Putin Poroşenkoya “dünyanın neçə bucaq olduğunu” başa saldı. Ukraynanın ¼ hissəsindən çox hissəsi Rusiya tərəfindən nəzarətə götürüldü. Daha sonra Poroşenkonun əvvəl dostu, sonra isə düşməni olan Volodimir Zelenski hakimiyyətə gəldi. O da sələfi kimi, Qərbə “səni sevəcəyəm, sən sevməsən də”-dedi. Rusiyaya isə dirsək göstərdi. Və Rusiyaya göstərilən dirsəyin acı meyvəsini bu gün sadə ukraynalılar yeyir. Hər gün onlarla insan həyatını itirir, on minlərlə insan isti ocağından didərgin düşür.Ölkə səfalət içində boğulur. Zelenski isə deyir ki,”yox, biz Aİ-nin və NATO-nun üzvü olacağıq”.

Di gəlki, nə Aİ, nə də ki NATO qapılarını Ukraynanın üzünə açmır. Sadəcə vəd verir. Bu yağlı vədlərə inanan Zelenski isə xalqının qırılmasını seyr etməklə kifayətlənir. Bu adam sadə bir həqiqəti başa düşmür ki, nə Qərb, nə də ki ABŞ sona qədər heç bir dövləti və yaxud lideri müdafiə etməyib. Onların hər bir məsələdə konkret maraqları var. Və bu maraqlarına çatmaq yolunda qarşı tərəfin hansı itkilər verəcəyi isə onları qətiyyən narahat etmir. Ne cə ki, ABŞ və Avropa Ukraynanı bu gün taleyin ümidinə buraxıb. Daha doğrusu, Ukraynanı Qərbə və ABŞ-a nifrətdən təşnə olmuş Rusiyanın qabağına qurbanlıq quzu kimi atdı. ABŞ-a və Avropaya nifrət və intiqam hissi ilə alışıb yanan rus şovinistləri isə ürəklərini hələlik Ukraynanı əzməklə soyudur.

Ən pisi də odur ki, hazırda ABŞ və Qərbin Rusiyanı durdurmaq üçün əlində konkret rıçaq yoxdur. Zaman-zaman digər “düşmən” dövlətlərə qarşı tətbiq edilən anoloji mübarizə üsulu-iqtisadi sanksiyalar bu gün Rusiya üçün itki olsa da, faciə deyil. Çünki, Rusiya çox böyük iqtisadi, hərbi və canlı insan potensialına malik bir dövlətdir. Bu gün dünyanın ən zəngin neft-qaz yataqlarına sahib 3 ölkəsindən biri Rusiyadır. Rusiya dünyada ən az xarici borcu olan ölkədir. Rusiyanın 643 milyard dollar valyuta ehtiyatı var ki, bu göstərici ilə də Rusiya dünyada dördüncü sırada qərarlaşıb. Bu gün faktiki olaraq Avropa rus qazından asılıdır. Putinin bir işarəsi ilə qaz kəmərlərində axın dayandırılarsa, Avropa bir gecədə soyuqdan dona bilər. Faktiki olaraq Avropa dövlətlərinin 70%-i mavi yanacağı Rusiyadan istehlak edir. Və ən qəribəsi budur ki, Avropaya gedən qaz kəmərləri Ukraynadan keçir. Və bu tranzit daşımalara görə hər il Ukrayna büdcəsinə 3 milyard dollar pul gəlir.

Bax, belə… Avropa bu və ya digər şəkildə Rusiyadan asılıdır. ABŞ və Avropa sanksiyaların həcmini artırdıqca, Rusiya da satdığı mavi yanacağın qiymətini qaldırır. Yada salaq ki, son bir ildə dünya bazarında mavi yanacağın qiyməti 3, neftin qiyməti isə 2 dəfə bahalaşıb. İndi Zelenski və onun kimi avantüristlər oturub hesablasın görək Rusiya iqtisadi sanksiyalardan daha çox itirib, yoxsa neft-qazın artan qiymətindən daha çox qazanıb.

Nə isə… Bu qanlı münaqişədə qazanan tək tərəf ABŞ-dır. İtirənsə Ukraynadır. Avropanın da müəyyən itkiləri var. Həm neft-qazın artan qiyməti, həm də ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların digər ucu Avropanı zəif salır. Rusiya da bu münaqişədə az-çox qazanan tərəfdir. Çünki, həm ABŞ və Qərbə göz dağı verir, həm də dünyaya superdövlət olduğunu sübut edir.

Bu vəziyyətdə 2 yol qalır. Zelenski ya istefaya getməlidir, ya da ki Rusiya ilə barışmalıdır. Üçüncü yol yoxdur. Çünki nə ABŞ, nə də ki Avropa Ukrynaya görə Rusiya ilə açıq müharibəyə getməyəcək. Ən yaxşı variant isə Azərbaycan timsalıdır. Heç bir bloka qoşulmamaq və neytrallığını saxlamaq. Ukraynaya nə Avropa və ABŞ, nədəki Rusiya çörək vermiyəcək. Ona görə dedim ey: “İlanın ağına da lənət,qarasına da”…

Surxay Atakişiyev,

KONKRET.az

 

  • Garachanta
    Mart 5, 2022 - 21:04

    Zelenski Master Class Göstərdi….Rusi İşğalçılarını Məhv Edəcək Bir Millət var- Ukrayna Milləti!! Allah Ukraynanı Qorusun!!

  • Garachanta
    Mart 5, 2022 - 21:06

    məqalədə çox savadsız analiz aparılır…
    konkret-in səviyyəsi bu qədərdən uzağa getməyəcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*