“Rusiya ilə münasibətlərə aydınlıq gətirməyin vaxtıdır”.
KONKRET.az xəbər verir ki, bunu Qarabağ separatçısı Artur Osipyan deyib. O bildirib ki, Rusiya Qarabağda nüfuzunu itirib.
“Rusiya Qarabağda dəstəyini itirir, çünki Azərbaycanın Qarabağda yaratdığı “problem”ləri həll etməkdə acizdir.
Nəzərinizə çatdıraq ki, ötən dəfə qazın kəsilməsi ilə bağlı məsələni həll edən Rusiya olmadi, Avropa oldu. Buna görə də Avropaya təşəkkür edirəm! Rusiya ilə münasibətlərə aydınlıq gətirməyin vaxtıdır”.
Xuraman Etibarlı,
KONKRET.az