Rusiya ilə sərhədi bağlı saxlamağa qərar verdilərbackend

Rusiya ilə sərhədi bağlı saxlamağa qərar verdilər

Finlandiya Rusiya ilə sərhədlərin bağlı qalmasını qeyri-müəyyən müddətə qədər uzatmaq barədə qərar qəbul edib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Finlandiya hakimiyyətinə istinadən “Bloomberg” agentliyi yayıb.

“Finlandiya Rusiya ilə sərhədi növbəti bildirişə qədər bağlı saxlayacaq”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, 2023-cü il noyabrın 22-də Finlandiyanın Baş naziri Petteri Orpo bildirib ki, ölkəsi Rusiya ilə sərhəddə biri istisna olmaqla, bütün nəzarət-keçid məntəqələrini bağlayacaq. Buna səbəb qanunsuz miqrant axını ilə bağlı vəziyyətin pisləşməsi olub. Cari ilin fevralında isə Finlandiya hökuməti Rusiya ilə sərhədin bağlanmasını aprelin 14-nə qədər uzatmaq barədə qərar qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*