Rusiya iqtisadiyyatı kəskin azalmağa davam edir.
KONKRET.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin ilk yeddi ayında artım Mərkəzi Bankın 1-2% proqnozunun aşağı həddinə yaxın olub.
“İqtisadçılar tam illik nəticələrin bu diapazonun altında ola biləcəyi barədə xəbərdarlıq ediblər. Sənaye istehsalı iyundakı 2 faizlik artımla müqayisədə iyul ayında yalnız 0.7% artıb. Bu da iqtisadçıların gözlədiyi tempin təxminən yarısıdır. Maliyyə Nazirliyinin məlumatına görə, ilk 8 ayda xərclər illik planın 67%-nə çatıb. Kəsir ÜDM-in 1,9%-ni və ya 4,2 trilyon rubl (49,7 milyard dollar) təşkil edib ki, bu da illik 1,7%-lik hədəfi üstələyir”, – agentlik bildirib.