Rusiya konsulu Qazaxıstanda rusdilli vətəndaşların sıxışdırılması ilə bağlı bəyanatından sonra tutduğu vəzifədən uzaqlaşdırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə konsulluq məlumat yayıb.
“Bu işçi artıq Qazaxıstanda deyil. O, burada işləmir. O, diplomatik missiyasını başa vurub”, – deyə Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov bildirib.
Bundan əvvəl konsul Qazaxıstan hakimiyyətini ölkədə rus dilinin istifadə və öyrənilməsi səviyyəsinin aşağı düşməsində ittiham edib.
Burhan,
K0NKRET.az