“Bizə qlobal qələbə lazımdır. Bizə təmiz qələbə lazımdır. Bizə lazımdır ki, Putin kənarda qalsın, Rusiya isə Ukraynadan, o cümlədən Krımdan rədd olub getsin”.
KONKRET.az xəbər verir ki, bu fikri Ukrayna mediasına Fransa Milli Assambleyasının deputatı Julyen Bayyu deyib.
Onun sözlərinə görə, Avropa və Fransa Putin rejiminin yarada biləcəyi ekzistensial təhlükələri aydın başa düşməlidir, çünki Rusiya son 50 ildə Avropada sülhə ən böyük təhlükə olub və qalmaqda davam edir.
Fransalı deputat hesab edir ki, NATO-nun genişlənməsinin günahkarı yalnız Putindir. “NATO az qala ölmüşdü, İsveç və ya Finlandiyanın NATO-ya qoşulmasına cavabdeh olan yeganə şəxs Putindir”, – deyə siyasətçi bildirib.
Xatirə SADİQ,
KONKRET.az