Rusiya Lin Treysinin ABŞ səfiri təyin olunmasına razılıq verdibackend

Rusiya Lin Treysinin ABŞ səfiri təyin olunmasına razılıq verdi

Rusiya Lin Treysinin ABŞ səfiri təyin olunmasına razılıq verib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya XİN-dən bildirilib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Dövlət Departamentinin əməkdaşı, Ermənistandakı diplomatik missiyaya rəhbərlik edən Lin Treysinin Rusiyadakı səfir vəzifəsinə namizədliyini irəli sürüb.

Lin Treysi tarixdə bu vəzifəni tutan ilk qadın olacaq. O, rus dilini bilir və artıq Moskvada – 2014-2017-ci illərdə diplomatik missiya rəhbərinin müavini vəzifəsində – çalışıb.

2012-2014-cü illərdə Treysi Dövlət Katibinin Mərkəzi Asiya üzrə köməkçisinin müavini, 2010-2011-ci illərdə isə Türkmənistanda missiya rəhbərinin müavini vəzifəsində çalışıb.

Onu da qeyd edək ki, ABŞ-da Prezidentin təklif etdiyi səfirlər Senat tərəfindən ictimai dinləmələrlə təsdiqlənir və qəbul edən ölkə ilə razılaşdırılmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*