Rusiya Milli Qvardiyasına könüllüləri işə götürmək üçün icazə təklif olundubackend

Rusiya Milli Qvardiyasına könüllüləri işə götürmək üçün icazə təklif olundu

Bir qrup deputat və senator Dövlət Dumasına Rusiya Qvardiyasına könüllü birləşmələri daxil etməyə imkan verən qanun layihələri paketini təqdim edib.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin rəhbəri Aleksandr Xinşteyn özünün Telegram kanalında məlumat verib.

O bildirib ki, Rusiya Qvardiyasının könüllü birləşmələri Müdafiə Nazirliyinin eyni birləşmələrindən heç bir şəkildə fərqlənməyəcək.

“Könüllülər hərbçi və ya Rusiya Qvardiyasının əməkdaşları olmayacaq. Onların hüquqi və sosial təminatları Müdafiə Nazirliyinin könüllülərinə tam uyğun olacaq”, – Xinşteyn vurğulayıb.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*